...

Bakı Şəhər İcra Hakimiyyəti 3 müxalifət partiyasına 11 dekabr aksiyasını "Motodrom"da keçirməyi təklif edib

Siyasət Materials 8 Dekabr 2005 18:37 (UTC +04:00)

Bakı Şəhər İcra Hakimiyyəti üç müxalifət partiyasının 11 dekabrda planlaşdırdığı yürüş-mitinqin "Motodrom"da keçirilməsinə izacə verib. Bu barədə Trend ə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Qeyd edək ki, Azərbaycan Milli Demokrat Partiyası (AMDP), Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) və Azərbaycan Fədailər Partiyası dekabrın 11-də "Qələbə" kinoteatrının qarşısında mitinq keçirməyi planlaşdırır. Bununla əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilib.

Şəhər rəhbərliyi dekabrın 8-də aksiyanın təşkilatçılarına cavab məktubu göndərib. Məktubda bildirilir ki, müxalifət partiyalarının 26 noyabrda keçirdiyi mitinqdə aksiyanın təşkilatçıları öz üzərilərinə götürdükləri öhdəliyi yerinə yetirməyiblər, kütləvi itaətsizliyə çağırışlar ediblər. Nəticədə polis əməkdaşlarına müqavimət göstərilib, xidməti vəzifələrini yerinə yetirən polislərdən bədən xəsarəti alanlar olub. Baş verən hadisələrlə əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi açılıb.

Bakı şəhər İcra Hakimiyyəti 26 noyabrda keçirilmiş yürüş-mitinq zamanı razılaşdırılmış ərazidə bu kimi qanun pozuntularının baş verdiyini nəzərə alaraq, üç partiyanın dekabrın 11-nə planlaşdırdığı aksiyanın saat 15.00-dan 17.00-dək Biləcəri qəsəbəsində yerləşən Könüllü Hərbi Vətənpərvərlik və Texniki İdman Cəmiyyətinin stadionunda (Motodrom) keçirilməsini məqəsədəuyğun hesab edir.

Xəbər lenti

Xəbər lenti