...

ATA blokundan bir neçə partiya xaric ediləcək

Siyasət Materials 9 Dekabr 2005 10:51 (UTC +04:00)

"Yaxın günlərdə Azərbaycan Tərəqqi Blokundan (ATA) bir neçə partiya xaric ediləcək". Bu barədə Trend ə partiyanın sədri Cingiz Dəmiroğlu bildirib.

Ç.Dəmiroğlu onu da qeyd edib ki, parlament seçkilərindən sonra bloka daxil olan partiyalar arasında seçkinin nəticələrinin qiymətləndirilməsi ilə bağlı fikir ayrılığı yaranıb: "Buna görə də blokun ümumi qərarı ilə razılaşmayan bir neçə partiya blokdan xaric ediləcək".

ATA-nın rəhbəri bu sırada Nemət Pənahlının sədri olduğu Azərbaycan Milli Dövlətçilik Partiyasının adını çəkib. Ç.Dəmiroğlu onu da əlavə edib ki, blok əlavə seçkilərə qatılmaq barədə hələ qərar qəbul etməyib.

Xəbər lenti

Xəbər lenti