...

Gənclər Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı tədbir keçirib

Siyasət Materials 9 Dekabr 2005 16:23 (UTC +04:00)

"Yeni Azərbaycan Partiyası Gənclər Birliyi eks-prezident Heydər Əliyevin vəfatının ikinci ildönümü ilə bağlı İnşaat Mühəndislər Universitetində tədbir keçirib". Trend xəbər verir ki, tədbirdə "Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda çıxışlar dinlənilib.

Tədbirdə YAP-ın Gənclər Birliyi İdarə Heyətinin üzvü İsrafil Məmmədov çıxış edərək Heydər Əliyevin Azərbaycan gəncinə göstərdiyi qayğı və diqqətin bu gün də dövlət başçısı İlham Əliyev tərəfindən həyata keçirildiyini bildirib: "Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusudur. Azərbaycan gəncliyi onun ideyalarına sadiq qalaraq bu dövlətin gələcəyinə xidmət edəcək".

Toplantıda çıxış edən universitetin Tələbə Həmkarlar İttifaqının üzvləri Heydər Əliyevin həyat və yaradıcılığından bəhs ediblər.

Xəbər lenti

Xəbər lenti