Dekabrın 12-də Bakıda Azərbaycanla Avropa Birliyi arasında Avropa Qonşuluq Siyasəti çərçivəsində fəaliyyət planının müzakirələrinə rəsmi start veriləcək. Bu barədə Trend ə Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat mərkəzindən məlumat verilib.
Məsləhətləşmələrin başlaması ilə əlaqədar Bakıya Avropa Komissiyasının Şərqi Avropa, Cənubi Qafqaz və Orta Asiya ofisinin rəisi Yuq Minqarelli gələcək. O, Avropa Komissiyasının yüksək səviyyəli nümyaəndə heyətinə rəhbərlik edəcək. Y.Minqarelli yalnız sonradan ekspertlər səviyyəsində davam edəcək danışıqların açılışında iştirak edəcək.
Azərbaycan tərəfdən məsləhətləşmələrə xarici işlər nazirinin müavini Mahmud Məmməquliyev başçılıq edəcək.