"Azərbaycançı Qüvvələr seçki bloku (AQB) əlavə seçkilərdə iştirak etmək barədə qərarını dekabrın 14-də verəcək". Bu barədə Trend ə adıçəkilən blokun mərkəzi seçki qərargahının rəhbəri Rövşən Əhmədli bildirib.
R.Əhmədli qeyd edib ki, dekabrın 14-də seçki blokunun təsisçilərinin ümumi toplantısında bir sıra məsələlərlə yanaşı əlavə seçkilərdə iştirak edib etməmək məsələsi də müzakirə ediləcək: "Ümid edirəm ki, blok bu məsələdə müsbət qərar qəbul edəcək".
AQB rəsmisi onu da vurğulayıb ki, blokun bu məsələdə hansı qərar qəbul edəcəyinə baxmayaraq, o, əlavə seçkilərdə iştirakın tərəfdarıdır.