"Yeni Fikir" Gənclər Təşkilatının koordinatoru Turan Əliyev təhsil aldığı universitetin daxili nizam-intizamını pozduğuna görə xaric edilib". Trend xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmov bildirib.
Qeyd edək ki, adıçəkilən tələbə ötən ay BDU-dan xaric edilib. Müxalifət bu məsələdə siyasi motivlər olduğu barədə fikirlər irəli sürüb.
A.Məhərrəmov isə qeyd edib ki, xaric edilməzdən öncə ona bir neçə dəfə xəbərdarlıq edilib: "Həmin tələbə universitetdə müxtəlif çağırışlar edib, vərəqələr paylayıb, divarlara müxtəlif plakatlar vurub. Özü bütün bunları etiraf edib, burada heç bir siyasi motiv yoxdur".
BDU-nun rektoru onu da qeyd edib ki, T.Əliyevin bərpası üçün heç bir tələbə rektorluğa müraciət etməyib. Əksinə, minlərlə tələbə onun kimi insanın BDU-da təhsil almasının əleyhinədir.