...

Bakıda Azərbaycan və Polşanın müdafiə nazirliklərinin ekspertləri müdafiə sahəsində əməkdaşlığa dair sazişin gerçəkləşdirilməsi məsələlərini müzakirə edir

Siyasət Materials 14 Dekabr 2005 17:13 (UTC +04:00)

Bakıda Azərbaycan və Polşanın müdafiə nazirliklərinin ekspertləri müdafiə sahəsində əməkdaşlığa dair sazişin gerçəkləşdirilməsi məsələlərini müzakirə edir. Bu barədə Trend ə Polşanın Azərbaycandakı səfirliyinin müşaviri Voyçex Quretski bildirib.

Onun sözlərinə görə, Polşa müdafiə nazirliyinin ekspertləri səviyyəsində xarici hərbi əməkdaşlıq departamentinin direktoru Rafel Senyuxun başçılıq etdiyi nümayəndə heyəti cari ilin martın 30-da Varşavada Azərbaycan prezidenti İlham Əliyevin Polşaya səfəri çərçivəsində müdafiə sahəsində əməkdaşlığa dair imzalanmış saziş əsasında azərbaycanlı həmkarları ilə danışıqlar aparır.

Diplomat bildirib ki, danışıqlar AR müdafiə nazirliyinin xarici hərbi əməkdaşlıq departamentinin əməkdaşları ilə aparılır. Onun sözlərinə görə, bunlar əsasən "NATO proqramları, habelə qarşılıqlı maraq doğuran məsələlər çərçivəsində əməkdaşlıq" ilə bağlıdır.

V.Quretski vurğulayıb ki, bu, Polşa müdafiə nazirliyi ekspertlərinin əməkdaşlığa dair sazişin imzalanmasından sonra Azərbaycana ilk səfəridir. Polşa müdafiə nazirliyi ekspertlərinin səfəri dekabrın 15-də başa çatacaq.

Xəbər lenti

Xəbər lenti