...

Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin nümayəndəsini qəbul edib

Siyasət Materials 14 Dekabr 2005 18:37 (UTC +04:00)

Dekabrın 14-də Dövlət Sərhəd Xidmətinin rəisi general-leytenant Elçin Quliyev Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Cənub Federal dairəsi üzrə Regional Sərhəd İdarəsinin rəisi general-polkovnik Nikolay Lisinskinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Trend ə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Görüş zamanı tərəflər Azərbaycan - Rusiya sərhədində və buraxılış məntəqələrindəki mövcud vəziyyət, narkotik vasitələrə və digər qaçaqmalçılıq hallarına, qeyri-qanuni miqrasiyaya qarşı mubarizə sahəsində ikitərəfli əməkdaşlığın inkişaf tendensiyaları barədə fikir mübadiləsi aparıb.

Görüş zamanı həmçinin, Azərbaycanın Dövlət S ərhəd Xidməti və Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Cənub Federal Dairəsi üzrə Regional Sərhəd İdarəsinin nümayəndə heyətinin işçi görüşünün protokolu imzalanıb.

Xəbər lenti

Xəbər lenti