Azərbaycan prezidenti İlham Əliyev dekabrın 19-da ikigünlük səfərlə Naxçıvan Muxtar Respublikasına (NMR) yola düşüb. Bu barədə Trend ə prezident Aparatının mətbuat xidmətindən xəbər verilib.
Naxçıvana səfəri çərçivəsində dövlət başçısı iqtisadi, sosial və təhsil təyinatlı bir sıra müəssisə və obyektlərin açılışında iştirak edəcək. Həmçinin, onun ictimaiyyətlə görüşü də planlaşırılır.
Naxçıvana İran qazının tədarükünün başlanması ilə əlaqədar burada dekabrın 20-də rəsmi mərasimin keçirilməsi nəzərdə tutulub. Mərasimdə Azərbaycan və İran prezidentləri iştirak edəcək. Bundan başqa, hər iki dövlət başçısı məsləhətləşmələr aparmaq niyyətindədir.