...

Azərbaycan Xalq Cümhuriyyəti Partiyası müxalifətin mitinqlərində iştirak etməyəcək

Siyasət Materials 7 Yanvar 2006 11:35 (UTC +04:00)

"Müxalifət meydanlarda yalnız şəxsi maraqlarını gündəmə gətirdiyindən onların yanvar ayında planlaşdırdığı mitinqlərində iştirak etməyəcəyik". Bu barədə Trend ə Azərbaycan Xalq Cümhuriyyəti Partiyasının (AXCP) sədri Hürrü Əliyev bildirib.

H.Əliyev bildirib ki, meydanlarda yalnız milli maraqlardan çıxış edilməlidir: "Təəssüflər olsun ki, müxalifət milli maraqları arxa plana keçirib". Partiya sədri 2006-cı il mayın 13-də keçiriləcək təkrar seçkilərdə iştirak edəcəklərini də bildirib. Qeyd edib ki, Qurban bayramından sonra partiyanın namizədləri müəyyənləşdiriləcək.

AXCP sədrinin özü isə namizədliyini 31 saylı Suraxanı ikinci seçki dairəsindən verəcəyini bildirib.

Xəbər lenti

Xəbər lenti