...

Müxalifətin bu gün keçirəcəyi Gənclər Forumunun yeri dəyişdirilib

Siyasət Materials 13 Yanvar 2006 11:33 (UTC +04:00)

"Azadlıq" blokuna daxil olan partiyaların gənclər təşkilatlarının təşəbbüsü ilə yanvarın 13-ə təyin olunan Gənclər Forumunun keçirilmə yeri dəyişdirilib. Bu barədə Trend ə AXCP sədrinin müavini Həsən Kərimov məlumat verib.O bildirib ki, Forum Azərbaycan Demokrat Partiyasının (ADP) qərargahında yerləşən "Hüriyyət" qəzetinin akt zalında keçiriləcək.

Qeyd edək ki, Forum Xətai adına Mədəniyyət Sarayında keçirilməli idi. Bakı Şəhər İcra Hakimiyyəti də Xətai adına Sarayda həmin tədbirin keçirilməsinə izazə vermişdi. Həsən Kərimov bildirib ki, Forumun keçirilmə yerinin dəyişdirilməsi maliyyə məsələsilə bağlı olub. Tədbirin Xətai adına Sarayda keçirilməsi bir qədər çox maliyyə vəsaiti tələb edir.

Xəbər lenti

Xəbər lenti