...

Akif Şahbazov: Yanvarın 21-də Ali Məclisin iclasında Aydın Quliyevlə bağlı məsələ müzakirə olunmayacaq

Siyasət Materials 13 Yanvar 2006 19:18 (UTC +04:00)

"Aydın Quliyevin Azərbaycan Demokrat Partiyasının (ADP) Ali Məclisinin yanvarın 21-də keçiriləcək iclasında iştirak edib-etməyəcəyi özündən asılıdır". Bu barədə Trend ə ADP Ali Məclisinin sədri Akif Şahbazov bildirib.

Qeyd edək ki, A.Quliyev dekabrın 22-də ADP Ali Məclinin üzvlüyündən partiyanın Mərkəzi Nəzarət Təftiş Komissiyasının qərarı ilə xaric edilib.

A.Şahbazov Ali Məclisin növbəti toplantısında A.Quliyevlə bağlı məsələnin gündəlikdə olmadığını bildirib: "Bu toplantıda partiya sədri müavinlərinin hesabatları və 2005-ci ilin yekunları dinləniləcək".

A.Quliyev isə bildirib ki, o, partiyanın Ali Məclisinin yanvarın 21-də keçiriləcək iclasına qatılıb bir sıra məsələlərə aydınlıq gətirmək niyyətindədir.

Xəbər lenti

Xəbər lenti