...

Müsavat Partiyası Aynur Camalqızı ilə bağlı araşdırmanı yanvarın 18-də başlayacaq

Siyasət Materials 18 Yanvar 2006 13:13 (UTC +04:00)

"Millət vəkili Aynur Camalqızının Müsavat Partiyasına bərpası ilə bağlı məsələni araşdırmaq üçün bu gün Mərkəzi Nəzarət Təftiş Komissiyasına (MNTK) tapşırıq veriləcək". Bu barədə Trend ə MNTK-nın sədri İbrahi İbrahimli bildirib.

Qeyd edək ki, Müsavat Partiyasının üzvü olan A.Camalqızı 2005-ci il 6 noyabr parlament seçkilərində müstəqil şəkildə iştirak etdiyinə görə partiya sıralarından xaric edilib. Bununla bağlı A.Camalqızının Səbail Rayon Məhkəməsinə idda ərizəsi təmin edilərək partiya sıralırana bərpa edilməsi barədə qərar çıxarılıb. Lakin onun Müsavat Partiyasının rəhbərliyi ilə razılaşmadan atdığı addımların araşdırılması MNTK-na həvalə edilib.

İ.İbrahimli məhkəmənin məlum qərarını 4 gündür ki, aldıqlarını bildirib: "Məsələni araşdırmaq komissiyanın Səbail rayon təşkilatının kuratoru Məzahir Məmmədliyə tapşırılacaq". MNTK sədri onu da bildirib ki, iki həftə ərzində komissiya öz işini yekunlaşdıracaq.

Xəbər lenti

Xəbər lenti