...

BMT-nin uşaqların hüquqları üzrə Komitəsi uşaqların problemlərinin həllində Azərbaycanın fəaliyyətini təsdiqləyib

Siyasət Materials 23 Yanvar 2006 13:42 (UTC +04:00)

BMT-nin uşaqların hüquqları üzrə Komitəsi ölkədə uşaqların hüquqlarının genişləndirilməsi üzrə Azərbaycan hökumətinin fəaliyyətini səylərini yüksək qiymətləndirib. Azərobaycanın XİN-dən Trend ə verilən məlumata görə, bu barədə Komitənin sədri Yakob Eqbert Doek Cenevrədə Komitənin 41-ci sessiyasında Azərbaycan hökumətinin "BMT insan haqqları konvensiyası" üzrə 2-ci dövrü hesabanı nəzərndən keçirərkən bildirib.

Komitənin sədri uşaqların müdafiəsi və təminatı, eləcə də onların tərbiyəsində əldə olunan irəliləyişləri qeyd edib. O, həmçinin, Azərbaycan hökumətinin kimsəsiz uşaqların problemlərinin həllinə yönələn tədbirləri və layihələri də dəstəkləyib.

Sessiyada Azərbaycanın nümayəndə heyətinin sədri, xarici işlər nazirinin müavini Xələf Xələfov çıxış edərək Azərbaycan hökumətinin əsas prioritetlərinin insan hüquq və azadlıqlarının təminatı olduğunu qeyd edib. O, həmçinin, bu sahədə qısa müddətdə əldə olunan irəliləyişlərdən danışıb və bu sahədə səylərin davam etdirilməsinin zəruri olduğunu bildirib. Nazir müavini Azərbaycan hökumətinin BMT-nin insan haqları üzrə Komitəsi ilə səmərəli əməkdaşlığı davam etdirməyə hazır olduğunu bəyan edib.

Xəbər lenti

Xəbər lenti