...

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

Siyasət Materials 24 Yanvar 2006 16:08 (UTC +04:00)

Yanvarın 24-də Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Trend in məlumatına görə, iclasda bir neçə seçki dairələri üzrə namizədlərin, həmçinin iclas protokllarının təsdiqlənməsi məsələsi müzakirəyə çıxarılıb.

MSK-nın 30 dekabr 2005-ci il və 16 yanvar 2006-cı il tarixli iclas protokollarının təsdiq edilməsinə dair qərar çıxarılıb. Sonra bu il 13 mayda keçirilicək təkrar seçkilərdə iştirak edən namizədlərin məsələsi müzakirəyə çıxarılıb. 13 nəfərin namizədliyinin irəli sürülməsi səsverməyə çıxarılaraq təsdiq edilib. 9 saylı Binəqədi ikinci seçki dairəsindən 6 nəfərin, 38 saylı Nizami-Gəncə və 42 saylı Sumqayıt ikinci seçki dairələrinin hər birindən bir nəfərin, 110 saylı Zaqatala dairəsindən 3 nəfərin, 119 saylı Ağdam kənd dairəsindən 2 nəfərin namizədliyi təsdiqlənib.

Qeyd edək ki, 13 mayda təkrar parlament seçkisi 10 seçki dairəsi üzrə keçiriləcək.

Xəbər lenti

Xəbər lenti