...

GUAM ekspertləri Tiflisdə yığışacaq

Siyasət Materials 8 Fevral 2006 17:55 (UTC +04:00)

Fevralın ikinci yarısında Tiflisdə GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova) ölkələri ekspertlərinin görüşü gözlənilir. Bu barədə Trend ə Azərbaycanın xarici işlər Nazirliyində bildirilib.

Müzakirə ediləcək əsas məsələlərdən biri GUAM birliyinin beynəlxalq təşkilat statusunun alınması üçün sənədlərin hazırlığı olacaq. Bu prosesin 2006-cı ilin sonunda başa çatacağı nəzərdə tutulur. Həmçinin tərəflər GUAM-ın təqribən ilin ortalarında Ukraynada keçiriləcək növbəti sammitinə hazırlıq məsələlərini də müzakirə etmək niyyətindədir.

GUAM ekspertlərinin Tiflisə uçuşdan sonra Bakıda görüşü mümkündür.

Xəbər lenti

Xəbər lenti