...

Etibar Məmmədov: "Yaxın günlərdə AMİP-in təkrar seçkidə iştirakına dair yekun qərarı olacaq"

Siyasət Materials 8 Fevral 2006 19:32 (UTC +04:00)

Etibar Məmmədovun liderlik etdiyi Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) təkrar parlament seçkisində iştirak etmək barədə qərar qəbul edib. Bu barədə Trend ə Etibar Məmmədov məlumat verib.

O, bildirib ki, AMİP Nizamnaməyə uyğun olaraq seçkidə iştirak haqqında qərar çıxarıb. Eyni zamanda partiya daxilində seçkiyə qatılmamağın tərəfdarı olanlar da var. "Bu məsələlər partiyanın müvafiq strukturarda müzakirə ediləcək və ola bilsin ki, səsverməyə çıxarılsın. Yaxın günlərdə partiyanın təkrar seçkidə iştirakına dair yekun qərarı olacaq"-deyə Etibar Məmmədov bildirib.

O, həmçinin qeyd edib ki, özü və liderlik etdiyi partiya Beynəlxalq Demokrat İttifaqının üzvüdür. E.Məmmədovun sözlərinə görə, seçkidən imtina etmək taktikası bu beynəlxalq qurum tərəfindən də müsbət addım kimi qarşılanmır. Buna baxmayaraq, E.Məmmədov özünün təkrar seçkidə iştirak etməyəcəyini deyib.

Xəbər lenti

Xəbər lenti