...

Mübariz Qurbanlı: "MSK cəmiyyətdə olan siyasi qüvvələrin nisbətini özündə əks etdirməlidir"

Siyasət Materials 10 Fevral 2006 13:37 (UTC +04:00)

Mərkəzi Seçki Komissiyası (MSK) cəmiyyətdə olan siyasi qüvvələrin nisbətini özündə əks etdirməlidir. Bu barədə Trend ə Yeni Azərbaycan Partiyası (YAP) icraçı katibinin müavini, millət vəkili Mübariz Qurbanlı bildirib.

Qeyd edək ki, müxalifət YAP-ın siyasətini dəstəkləyən və parlamentdə azlıq təşkil edən partiyaların MSK-nın yeni tərkibinin formalaşmasında iştirakına etiraz edib. Onlar iddia edib ki, bu partiyaların nümayəndəsi YAP-ın MSK-da təmsil olunduğu 6 nümayəndəsinin tərkibində olmalıdır.

M.Qurbanlı isə bunun mümkünsüzlüyünü bildirib. Qeyd edib ki, YAP parlament seçkilərində heç bir blokun tərkibinə qatılmayıb: "Əgər biz seçkilərdən əvvəl hansısa siyasi təşkilatlarla vahid bir proqram və yaxud vahid blok ətrafında birləşsəydik, bu ittihamları ortaya qoymaq mümkün olardı".

Bu məsələdə hansı partiyanın müxalifət, hansının isə iqtidaryönlü olduğunu heç kimin müəyyənləşdirə bilməyəcəyini qeyd edən M.Qurbanlı yalnız YAP-ın iqtidar olduğunu deyib: "Digər kriteriyalar isə politologiya ilə müəyyənləşir. YAP-dan kənarda olan partiyalar müxalifət sayılır. Ona görə də onların haqqı var ki, bu prosesdə bərabər şəkildə iştirak etsinlər".

Xəbər lenti

Xəbər lenti