...

"Dəyərlər" Vətəndaş İttifaqı icazəsiz mitinq keçirmək fikrindən uzaqdır

Siyasət Materials 10 Fevral 2006 15:27 (UTC +04:00)

"Dəyərlər" Vətəndaş İttifaqı Bakı şəhər İcra Hakimiyyətini məhkəməyə verəcək. Bu barədə Trend ə adıçəkilən ittifaqın rəhbəri, "Cümə" məscidinin imam-camaatı İlqar İbrahimoğlu bildirib.

İ.İbrahimoğlu bildirib ki, buna səbəb dini təmayüllü qeyri-hökumət təşkilatlarını birləşdirən "Dəyərlər" Vətəndaş İttifaqının təşəbbüsü ilə fevralın 11-də saat 15.00-dan 16.30-dək "Qələbə" meydanında planlaşdırdığı mitinqə meriya tərəfindən icazənin verilməməsidir. İ.İbrahimoğlu bildirib ki, onlar meriyanın cavabı "Sərbəst toplaşma haqqında" qanunun tələblərinə zidd olduğundan bu addımı atıblar: "Artıq sənədlər məhkəməyə hazırlanır".

İ.İbrahimoğlu onu da qeyd edib ki, onlar icazəsiz mitinq keçirmək fikrindən uzaqdırlar: "Amma yenidən mitinq keçiriməklə bağlı nə vaxtsa Bakı meriyasına müraciət edəcəyik. Bu dəfə də qane edici cavab almasaq yenidən lazımi instansyalara üz tutacağıq".

Qeyd edək ki, dindarlar Məhəmməd peyğəmbərin karikaturalarının dərc olunduğu bəzi Qərb dövlətlərindən İslama qarşı təhqiramiz hərəkətlərə son qoymalarını tələb etmək məqsədilə mitinq keçirmək istəyirdilər.

Xəbər lenti

Xəbər lenti