...

Oqtay Şirəliyev: İlin sonuna kimi Azərbaycanın regionlarında üç müalicə-diaqnostika mərkəzi istismara veriləcək

Siyasət Materials 17 Fevral 2006 12:27 (UTC +04:00)
Oqtay Şirəliyev: İlin sonuna kimi Azərbaycanın regionlarında üç müalicə-diaqnostika mərkəzi istismara veriləcək

İlin sonuna kimi Azərbaycanın regionlarında 3 müalicə-diaqnostika mərkəzi istifadəyə veriləcək. Trend in məlumatına görə, bu barədə fevralın 17-də Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev Ə.Əliyev adına Həkimləri təkmilləşdirmə institutunun yaradılmasının 70 illiyinə həsr olunmuş konfransda bəyan edib.

Onun sözlərinə görə, hazırda regionlarda 20 tibb müəssisəsi tikiləcək ki, onlardan yarısı ilin sonuna kimi istismara veriləcək.

Bundan əlavə, Bakının kəndlərində də analoji müəssisələrin bərpası və tikintisi planlaşdırılıb. Bu işlərin də cari ilin sonuna və ya 2007-ci ilin əvvəllərinə kimi başa çatdırılması nəzərdə tutulub.

Nazir səhiyyət sahəsində keçirilən son islahatları qeyd edib. "Təkcə son 3 ildə dövlət büdcəsindən səhiyyə sahəsinə ayrılan vəsaitin həcmi 2,8 dəfə artıb, həkimlərin əmək haqları artırılıb", -deyə nazir bildirib.

Xəbər lenti

Xəbər lenti