...

Azərbaycanın cəzaçəkmə müəssisələrində vərəmdən ölənlərin sayı əvvəlki illərə nisbətən 30 faiz azalıb

Siyasət Materials 23 Fevral 2006 14:40 (UTC +04:00)

Azərbaycanın cəzaçəkmə müəssisələrində vərəmdən ölənlərin sayı əvvəlki illərə nisbətən 30 faiz azalıb. Trend xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi (ƏN) Səhiyyə İdarəsinin rəisi Rəfael Mehtiyev məlumat verib.

R.Mehtiyevin sözlərinə görə, İdarə tərəfindən keyfiyyətli tibbi xidmətin göstərilməsi, məhkumların tibb və sanitariya təminatının yaxşılaşdırılması üzrə bir sıra tədbirlər görülüb. Tibb xidmətinin rəhbərliyi möhkəmləndirilib. "Həmçinin, vərəmlə mübarizə proqramı çərçivəsində Beynəlxalq Qırmızı Xaç Komitəsi və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq nəticəsində cəzaçəkmə müəssisələrində bu xəstəlikdən ölənlərin sayı azalıb" - deyə idarə rəisi bildirib.

İdarə rəisi söyləyib ki, ölüm faktları xəstəlik nəticəsində baş verib və bu cür hallar, əsasən 3 saylı Müalicə Müəssisəsində qeydə alınıb. Digər səbəblərdən (intihar, qətl) ölən məhkumların sayı isə olduqca azdır.

Xəbər lenti

Xəbər lenti