...

Azərbaycanın baş naziri İsveçrə XİN başçısını qəbul edib

Siyasət Materials 23 Fevral 2006 18:46 (UTC +04:00)

İsveçrənin XİN başçısının Azərbaycana səfəri və aparılan danışıqlar ikitərəfli münasibətlərin gələcək inkişafına doğru təkandır. Trend bildirir ki, fevralın 23-də Bakıda İsveçrənin xarici işlər naziri Mişelin Kalmi-Reyi qəbul edərkən Azərbaycanın baş naziri Artur Rəsizadə bu barədə bəyan edib.

O, bildirib ki, iki ölkə arasındakı mal dövriyyəsi 2005-ci ildə 28 mln. ABŞ dolları təşkil edib. Mart ayında Azərbaycan-İsveçrə hökumətlərarası iqtisadi komissiyasının ikinci iclasının keçirilməsi planlaşdırılır. Artur Rəsizadə qeyd edib ki, İsveçrə şirkətləri Azərbaycan paytaxtının su təchizatı layihəsində iştirak edir. O, qonaqlara ölkədəki iqtisadi uğurlar, gerçəkləşdirilən qlobal energetika layihələri barədə məlumat verib və ölkə iqtisadiyyatında İsveçrə sərmayəçilərinin geniş iştirakında Azərbaycanın maraqlı olduğunu bəyan edib. M.Kalmi-Rey, öz növbəsində qeyd edib ki, İsveçrə Azərbaycanda bir çox sahələri əhatə edən müxtəlif layihələrdə iştirak edir. Azərbaycan və İsveçrə arasında əməkdaşlıq üçün prioritet istiqamət azərbaycanlı qaçqınlara texniki- humanitar yardımın göstərilməsi hesab olunur.

Xəbər lenti

Xəbər lenti