...

YAP Xocalı soyqrımının ildönümü ilə bağlı tədbir keçirib

Siyasət Materials 25 Fevral 2006 14:22 (UTC +04:00)

Yeni Azərbaycan Partiyası (YAP) R.Behbudov adına Mahnı Tetarında Xocalı soyqrımının 14-cü il dönümü ilə bağlı tədbir keçirib. Trend xəbər verir ki, tədbiri açan YAP sədrinin müavini, millət vəkili Əli Əhmədov Xocalı soyqrımını törədən ermənilərin vəhşiliklərindən söz açıb.

Adıçəkilən faciənin dəhşətlərini əks etdirən 15 dəqiqəlik film nümayiş etdirildikdən sonra millət vəkilləri Nizami Cəfərov, Bəxtiyar Əliyev və digərləri çıxış ediblər. Onlar Xocalı soyqırımını törədən canilərin, cinayətkarların cəzasız qalmalarından narahat olduqlarını bildiriblər. Bu faciəni bütün dünya dövlətləri tərəfindən tanınmasının zəruriliyini vurğulayıblar.

YAP-ın təşkil etdiyi tədbirdə bir sıra ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri və beynəlxalq təşkilatların təmsilçiləri iştirak edib. Tədbir iştirakçılarına YAP-ın İcra katibliyinin təşəbbüsü ilə çap edilən "Xəzəl oldu Xocalının Xəzəngülü" kitabı paylanılıb.

Xəbər lenti

Xəbər lenti