...

Zakir Qaralov: "Bu gün Azərbaycanda dini etiqad uğrunda mübarizə adı altında pərdələnməyə hərtərəfli cəhdlər göstərilir"

Siyasət Materials 2 Mart 2006 13:21 (UTC +04:00)

Trend-i buradan izləyin

Bu gün Azərbaycanda dini etiqad uğrunda mübarizə adı altında pərdələnməyə hərtərəfli cəhdlər göstərilir. Azərbaycan Respublikasının mətbuat xidmətindən Trend ə verilən məlumata görə, bu sözləri BMT-nin Bakıda işgüzar səfərdə olan Din və Əqidə Azadlığı üzrə xüsusi məruzəçisi xanım Asma Cahangir ilə görüşündə Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralov söyləyib.

Baş prokuror qonağın diqqətinə çatdırıb ki, Azərbaycanda dövlət və din arasında münasibətlər sahəsində beynəlxalq normalara və inkişaf etmiş sivil dövlətlərin çoxəsrlik ənənələrinə əsaslanan yeni strateji kurs müvəffəqiyyətlə davam etdirilir. Son illər ərzində din və etnik dözümlülük ənənələrinə sadiq qalan ölkəmizdə bütün dini icmaların vicdan və dini mərasimlərini sərbəst şəkildə keçirmək üçün lazımi şərait yaradılıb.

Z.Qaralov, həmçinin, qonağa Azərbaycanda mütəşəkkil cinayətkarlığın ən təhlükəli təzahürlərindən olan terrorçuluğa qarşı mübarizənin təşkili istiqamətində görülən işlər barədə məlumat verib. O qeyd edib ki, Azərbaycanda rəsmi xeyriyyəçilik statusları ilə uzlaşmayan qanunsuzluqların, radikal vəhabiliyin, separatçı və ekstremist ideyaların yayılmasının qarşısı alınır. Bakı şəhərində fəaliyyət göstərən bir sıra belə beynəlxalq təşkilatların dövlət qeydiyyatları ləğv edilib, onların ayrı-ayrı əməkdaşları dövlətimizin hüdudlarından kənarlaşdırılıb və ölkəmizə gəlmələrinin qarşısı alınıb.

Görüş zamanı tərəfləri maraqlandıran bir sıra digər məsələlərə dair də fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti