...

Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri bir sıra tədbirlərdə iştirak edirlər

Siyasət Materials 6 Mart 2006 12:54 (UTC +04:00)

Martın 6-dan başlayaraq Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri bir sıra tədbirlərdə iştirak edirlər. Trend in xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Martın 6-da NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində Almaniya Federativ Respublikasının Oberammerqau şəhərində "Çoxmillətli birgə əməliyyatdar mərkəzi" kursu martın 10-da bitəcək.

Azərbaycan Respublikası ilə Böyük Britaniya arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq London şəhərində "Silahlara nəzarət" üzrə təlim martın 12-də, Çexiya Respublikasının Vişkov şəhərində "Komandirlik və liderlik üzrə təlimatçılar üçün kurs" martın isə martın 17-də yekunlaşacaq.

Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq Taylandın Bonk-Kok şəhərində Tibb Elmləri Araşdırma İnstitutunda başlanan treyninq martın 17-də başa çatacaq.

Xəbər lenti

Xəbər lenti