...

İpoteka krediti almaq üçün 20 nəfər müraciət edib

Siyasət Materials 10 Mart 2006 15:31 (UTC +04:00)
İpoteka krediti almaq üçün 20 nəfər müraciət edib

Bu günə kimi Azərbaycan İpoteka Fondunun (AİF) tərəfdaş banklarına müxtəlif sorğularla müraciət edənlərin sayı 600 nəfər olduğu halda, ipoteka krediti üçün rəsmi müraciət edənlərin sayı 20 nəfərə yaxındır. Trend in məlumatına görə, bu barədə martın 10-da fondun icraçı direktoru Faiq Məmmədov Azərbaycanda ipoteka kreditinin inkişafı məsələlərinin inkişafına həsr olunmuş seminarda bəyan edib. Qonşu ölkələrdə, məsələn, Rusiyada ipoteka krediti üçün müraciət edən hər 100 nəfərdən yalnız 7-10 nəfəri belə imkan əldə edir. F.Məmmədov əmin olduğunu bildirib ki, Azərbaycanda kredit tverilməsi başqa ölkələrdən sürətli olacaq. Ancaq bunun üçün təqdim olunan sənədlər keyfiyyətli olmalıdır.

Bu gün dövlət büdcəsi AİF maliyyələşdirilməsinin yeganə mənbəyidir və yaxın vaxtlarda xarici borcların alınması gözlənilmir. Əsas borcdan qaytarılan vəsaitlərin və ödənilən faizlərin hesabına fond yenidən maliyyələşdiriləcək. Digər daxili vasitə isə ipoteka qiymətli kağızlarının buraxılması ola bilər.

Yenilik ipoteka kreditinin alınması üçün 4 yaxın qohumdan ibarət qrupun yaradılmasına icazə verilməsindən ibarətdir ki, onların orta aylıq gəliri veriləcək kreditin məbləği hesablanarkən nəzərə alınmalıdır. Bundan əlavə, borc götürəninin orta aylıq gəliri hesablanarkən onun əmək haqqını, əmlakını icarəyə verildiyi zaman əldə olunan gəliri, illik mükafatları, əmək haqqının artması perspektivləri, depozitləri də nəzərə almaq lazımdır.

Kredit üçün sənədlərin rəsmiləşdirilməsinə gəldikdə, AİF rəhbəri bildirib ki, ilkin mərhələdə bu, çox vaxt aparacaq. Lakin kreditin veriləcəyi bütün dövr ərzində illik əsasda bağlanan sığorta müqaviləsindən başqa, əlavə heç bir sənəd tələb olunmur.

Fondun rəhbəri kredit ehtiyatlarının tərəfdaş banklara vaxtından əvvəl qaytarılması kimi məsələlərə də aydınlıq gətirib. Onun sözlərinə görə, hazırki şəraitə müvafiq olaraq bu, mümkün deyil. Çünki Azərbaycan qanunvericiliyində belə hallarda cərimə şəklində əlavə ödəmələr nəzərdə tutulmayıb. Lakin əgər belə hal olarsa, onda borc götürən şəxs hesablamaların yenidən aparılması üçün qabaqcadan banka müraciət etməlidir. Dünya praktikasında kreditin vaxtından əvvəl qaytarılması zamanı banklarda sistem risqi artığı üçün ödəmə alınır. İpoteka krediti üçün qiymətli kağızların buraxılmasına gəldikdə, onlar uzunmüddətli olur. "Gələcəkdə ölkədə belə tendensiyaların meydana çıxacağı halda monitorinq keçiriləcək və vaxtından əvvəl qaytarana kreditə görə əlavə ödəmə tətbiq olunacaq", - deyə F.Məmmədov qeyd edib.

AFİ-in öz vəsaiti hesabına nəzərdə tutulan ipoteka kreditinin maksimal müddəti 15 ilə qədər təşkil edir. Faiz dərəcəsi maksimum 12% təşkil edir. Lakin fondun rəhbəri bəzi bankların rəqabət qabiliyyəti üçün artıq aşağı dərəcələr təklif etdiklərini qeyd edib.

Xəbər lenti

Xəbər lenti