...

"Barmek"in həbs edilmiş əməkdaşlarına qarşı yeni ittihamlar irəli sürülə bilər

Siyasət Materials 15 Mart 2006 15:45 (UTC +04:00)

"Barmek" Şirkətinin həbs edilmiş yüksək vəzifəli əməkdaşlarına qarşı yeni ittihamlar irəli sürülə bilər. Trend in xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Baş prokurorunun müavini Eldar Nuriyev məlumat verib.

E.Nuriyev bildirib ki, Baş Prokurorluğun Korrupsyiya Qarşı Mübarizə İdarəsində "Barmek" Şirkətində qaldırılmış cinayət işinin istintaqı zamanı şirkətin vitse-prezidenti Ömər Gülərin, texniki direktoru Vəfa Ağayevin və texniki əməliyyat departamentinin rəhbəri Mahir Novruzovun bir sıra qanunsuz əməlləri ilə bağlı faktlar ortaya çıxıb. Bu faktlar əsasında da həmin şəxslər təqsirləndirilən şəxs qismində istintaqa cəlb oğlunaraq həbs ediliblər. "Barmek"in həbsdə olan əməkdaşlarına qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179 (özgə əmlakını mənimsəmə), 312 (vəzifə saxtakarlığı) 308 (vəzifədən sui-istifadə etmə) maddələri ilə cinayət işi qaldırıb. Əgər istintaqın gedişində onların başqa əməlləri də ortaya çıxarsa və sübuta yetirilərsə, o zaman onlara qarşı irəli sürülən ittihamlara yeniləri də əlavə ediləcək" - deyə E.Nuriyev bildirib.

Xəbər lenti

Xəbər lenti