...

MDB Parlamentlərarası Assmbleyası Şurasının növbəti iclası Sankt-Peterburqda keçiriləcək

Siyasət Materials 16 Mart 2006 12:50 (UTC +04:00)

MDB Parlamentlərarası Assambleyası (PA) Şurasının növbəti iclası aprelin 27-də Sankt-Peterburqda keçiriləcək. Bu barədə Trend ə Azərbaycan Milli Məclisin MDB PA-dakı nümayəndəsi Aydın Cəfərov bildirib.

Qeyd edək ki, konfransda Çernobıl Atom Elektrik Stansiyasındakı qəzadan zərər çəkmiş vətəndaşlıran sosial müdafiəsinin qanunvericilik təminatı ilə bağlı məsələ müzakirə olunacaq. Konfransın keçirilməsi ilə bağlı qərar fevralın 10-da MDB PA Şurasının Kiyevdə keçirilən toplantısında qəbul edilib.

A.Cəfərov bildirib ki, MDB PA Şurasının toplantısında Çernobıl hadisəsinin 20 illiyi ilə bağlı modern qanunların hazırlanması təsdiq olunub. Bu məsələ ilə bağlı MDB dövlətlərində tədbirlərin keçirilməsi planlaşdırılıb: "MDB PA Şurasının növbəti toplantısında bu məsələlərin müzakirəsi daha geniş aspektdə aparılacaq".

Xəbər lenti

Xəbər lenti