...

Azərbaycan XİN başçısının Malayziyaya səfər proqramı dəqiqləşdirilib

Siyasət Materials 16 Mart 2006 17:02 (UTC +04:00)

Martın 16-da, axşam saatlarında Azərbaycanın xarici işlər naziri Elmar Məmədyarovun Malayziyaya işgüzar səfəri başlayır. Bu barədə Trend ə Azərbaycan XİN-in mətbuat və informasiya siyasəti İdarəsinin rəisi Tahir Tağızadə bildirib.

Onun sözlərinə görə, nazirin səfər proqramı dəqiqləşdirilib. Səfər proqramına Malayziyanın XİN başçısı S.X.Albar ilə görüş, "Petronast" şirkəti, eləcə də bu ölkənin hökumət başçısı yanında ofisi olan Texniki Əməkdaşlıq Proqramı ilə tanışlıq daxildir.

Səfər zamanı tərəflər ikitərəfli əməkdaşlığın inkişafı perspektivlərini müzakirə edəcək.

Xatırladaq ki, E.Məmədyarov Malayziyaya Səudiyyə Ərəbistanından yola düşəcək. Nazir İslam Konfransı Təşkilatına üzv ölkələrin XİN başçılarının həmin ölkədə keçirilən növbəti iclasında iştirak edib.

Xəbər lenti

Xəbər lenti