...

Azərbaycan İslam Partiyasının Baş Məclisi növbəti qurultayın vaxtını mayda müəyyən edəşəcək

Siyasət Materials 23 Mart 2006 12:27 (UTC +04:00)

Azərbaycan İslam Partiyası (AİP) Baş Məclisnin növbəti toplantısında qurultayın keçirilməsi vaxtı müəyyənləşəcək. Bu barədə Trend ə AİP sədrinin birinci müavini Rövşən Əhmədli bildirib.

R.Əhmədli onu da qeyd edib ki, partiyanın qurultayı ötən ilin avqustunda keçirilməli idi. Lakin müəyyən səbəblər üzündən və 2005-ci il parlament seçkilərinə hazırlıqla bağlı qurultay keçirilmədi: "Baş Məclisin növbəti iclasında qurultayın keçirilməsi ilə bağlı məsələ də müzakirə olunacaq. Planımızda var ki, partiyanın növbəti qurultayını yaxın bir neçə ay ərzində keçirək".

AİP rəsmisi onu da vurğulayıb ki, Baş Məclisin toplantıları bundan sonra nizamnaməyə uyğun şəkildə iki aydan bir keçiriləcək: "Növbəti toplantının may ayında keçirilməsi nəzərdə tutulub. Ancaq hər hansı bir fövqəladə vəziyyətlə bağlı daha tez toplana bilərik". R.Əhmədli onu da qeyd edib ki, partiyanın şimal rayon təşkilatlarının sədrləri ilə AİP rəhbərliyi arasında baş verən məlum anlaşılmazlıqlara aydınlıq gətirilib.

Xəbər lenti

Xəbər lenti