...

Novruz Məmmədov: Biz istəyirik ki, Dağlıq Qarabağ problemi ilə bağlı danışıqlar konkret nəticələr versin

Siyasət Materials 23 Mart 2006 19:12 (UTC +04:00)

ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə məsləhətləşmələrin keçirilməsini bütövlükdə müsbət hadisə adlandırmaq olar. Lakin bu, bizim üçün kifayət deyil. Biz istəyirik ki, danışıqlar prosesi nətircə versin, konkret nəticələrə nail olsun. Bu barədə Trend ə Akzərbaycan prezidentinin İcra Aparatının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov ATƏT-in Minsk Qrupu həmsdərlərinin İstanbulda və Vaşinqtonda keçirilən məsləhətləşmələrini şərh edərkən ekskluziv məlumat verib.

O, danışıqlar prosesinin yenidən ləngiməsi barədə ehtimallarla razı deyil. Çünki bu proses barədə hər hansı bir məlumat verilmir. "Danışıqlar prosesi haqqında heç bir vaxt ətraflı, yəni hərtərəfli məlumat verilməyib və verilməyinə də ehtiyac yoxdur. Hər hansı bir nəticə əldə edilərsə, hər hansı bir razılaşma olarsa, irəliyə hər hansı bir addım atılarsa, o zaman müəyyən məlumat verilə bilər", -deyə N.Məmmədov bildirib və məsləhətləşmələrin həmişə bağlı qapılar arxasında aparıldığını, bunun da təbii olduğunu əlavə edib.

Ermənistanın XİN rəhbərinin erməni tərəfinin bütün zəruri kompromislərə getdiyi və indi Azərbaycanın cavab addımı atması ilə bağlı bu yaxınlardakı bəyanatını şərh edərkən N.Məmmədov bildirib ki, bu bəyanat həqiqətə uyğun deyil. Onun sözlərinə görə, Ermənistan rəhbərliyi danışıqlar prosesi çərçivəsində adətən "diplomatik söz oyunu" ilə məşğul olurlar.

"Onlar bir tərəfdən bilirlər ki, münaqişənin belə həll edilməməsi Ermənistan üçün çox gözlənilməz nəticələrə gətirib çıxaracaq. Azərbaycan prezidentinin Dünya Azərbaycanlılarının 2-ci qurultayında etdiyi çıxış, münaqişənin həlli ilə bağlı mövqeyi Ermənistan tərəfini çox narahat edir. Azərbaycanın güclənməsini, ordumuzun qüdrətlənməsini, Ermənistanın bütün regional layihələrdən kənarda qalmasını görərək, başlayırlar müxtəlif vasitəlrələ dünya ictimaiyyətinə öz mövqelərini açıqlamağa, guya onlar danışıqlarla bağlı kompromisə gedirlər, konstruktiv mövqe tuturlar, amma münaqişə həll olunmur. Yəni onlar günahkar deyillər. Lakin bu, nə inandırıcıdır, nə də ki, düzgün mövqedir. Digər tərəfdən, Ermənistan rəhbərləri bu yolla özlərinin hakimiyyətlərini uzatmaq istəyirlər".

O qeyd edib ki, erməni rəhbərliyi doğru mövqe seçməyib. Azərbaycan tərəfinin kompromisi isə münaqişənin dinc yolla həlli istəyindən, işğal olunmuş torpaqların sülh və danışıqlar yolu ilə qaytarılmasından, Dağlıq Qarabağın statusunun sülh yolu ilə həllindən ibarətdir.

Xəbər lenti

Xəbər lenti