Azərbaycan Liberal Partiyasının (ALP) qurultayı bu ilin sonunda keçiriləcək. Bu barədə Trend ə ALP-nin lideri Lalə Şövkət açıqlama verib.
O, bildirib ki, qurultayda partiyanın sədri seçiləcək, həmçinin seçkili orqanların tərkibi yenidən seçiləcək. ALP-də sədr postunun bərpa edilməyəcəyi barədə ehtimallara aydınlıq gətirən Lalə Şövkət qeyd edib ki, özü partida sədrlik institunun bərpasının tərəfdarıdır: "Mən hesab edirəm ki, partiyaya sədr seçilsə yaxşı olar. Sədr postunun bərpa edilməsini də məsləhət görəcəyəm. Kimin sədr seçiləcəyinə gəldikedə isə, bu, artıq qurultayın səlahiyyətinə aid məsələdir".
Lalə Şövkət əlavə edib ki, ALP-nin sədri vəzifəsinə özünün namizədi yoxdur.