...

AŞPA-nın yaz sessiyasında Azərbaycanın mövqeyinə zidd məruzə hazırlanıb

Siyasət Materials 29 Mart 2006 19:58 (UTC +04:00)

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının gündəliyinə salınan qaçqınlar və məcburi köçkünlərlə bağlı sənəddə Azərbaycanın mövqeyinə zidd məqamlar əksini tapıb. Trend ATV kanalına açıqlama verən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Gültəkin Hacıyevanın məlumatına istinadə bildirib ki, sənəddə Azərbaycanla bağlı qeyri dəqiq rəqəmlər göstərilib.

Millət vəkili bildirib ki, sənədi latviyalı deputat Boris Seleviç hazırlayıb: "Məruzəçi Azərbaycanda 580 min köçkünün olduğun qeyd edir, lakin 8 min qaçqının mövcudluğundan danışır. Bu qaçqınlar əsasən Çeçenistandan Azərbaycana pənah gətirən insanlar, İran, Əfqanıstan və İraqdan Azərbaycanda sığınacaq tapanlardır". G.Hacıyeva bildirib ki, sənəddə nə Ermənistanda didərgin düşən soydaşlarımız, nə də Özbəkistanda baş verən məlum Fərqanə hadisələrində ölkəmizə gələn qaçqınlarla bağlı məlumatlar daxil edilməyib.

G.Hacıyeva onu da bildirib ki, məlum sənədin İrəvana aid olan hissəsində Ermənistanda Azərbaycandan qovulan 250 min erməninin yaşadığı göstərilib. Məruzəyə görə həmin qaçqınların yalnız 15 mininə vətəndaşlıq verilib. Qalan 235 mini Azərbaycan vətəndaşı hesab olunur: "Bizim Boris Seleviçlə bu məsələ ilə bağlı ətraflı söhbətimiz olub. Onun mövqeyinə qarşı çıxara biləcəyimiz hər hansı bir arqument yoxdur. Çünki o, öz mövqeyini Cenevrə konvensiyasına əsaslandırıb".

Xəbər lenti

Xəbər lenti