...

Böyük Britaniyanın baş auditoru Milli Məclisdə millət vəkilləri ilə görüşüb

Siyasət Materials 5 Aprel 2006 19:36 (UTC +04:00)

Böyük Britaniyanın baş auditoru Con Bourn aprelin 5-də Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının üzvləri ilə görüşüb. Bu barədə Trend ə adıçəkilən komissiyadan bildiriblər.

Komissiyanın sədri Ziyad Səmədzadə ölkədə həyata keçirilən iqtisadi islahatlar, əldə edilən nailiyyətlər, ümumi daxili məhsulun sürətli artımı, iqtisadiyyata dair qəbul olunan qanunlar barədə məlumat verib. Bildirib ki, rəhbərlik etdiyi komissiya Hesablama Palatası ilə birlikdə "Büdcə sistemi haqqında" Qanuna müvafiq olaraq, dövlət vəsaitlərinin xərclənməsinə nəzarət edir. Bu sahədə beynəlxalq təcrübənin öyrənilməsinə də xüsusi diqqət yetirilir. Böyük Britaniyanın Milli Audit Ofisinin iş təcrübəsinin öyrənilməsi bizim üçün vacibdir.

Con Bourn bildirib ki, səfərdə məqsəd Azərbaycanın Hesablama Palatası ilə Böyük Britaniyanın Milli Audit Ofisi arasında imzalanan qarşılıqlı anlaşma memorandumunun bəzi prinsiplərini, eləcə də əlaqələrin inkişaf perspektivlərini müzakirə etməkdir.

Sonra o, Böyük Britaniyanın Milli Audit Ofisinin fəaliyyəti, parlament və hökumətlə əməkdaşlıq barədə ətraflı məlumat verib.

Xəbər lenti

Xəbər lenti