...

QİƏT xarici işlər nazirləri Şurasının növbəti iclası aprelin 26-da olacaq

Siyasət Materials 6 Aprel 2006 19:56 (UTC +04:00)

Qara dəniz iqtisadi Əməkdaşlıq təşkilatının üzvü olan ölkələrin xarici işlər nazirləri Şurasının növbəti iclasının aprelin 26-da Buxarestdə keçirilməsi planlaşdırılıb. Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevin Trend ə verdiyi məlumata görə, bu tədbir Rumıniyanın QİƏT-da sədrliyinin başa çatmasına və səlahiyyətlərin Rusiyaya keçməsinə həsr olunub.

Görüşdə əlaqələrin genişləndirilməsi, Avropa İttifaqı ilə münasibətlərin möhkəmləndirilməsinə dair qərarın qəbul ediləcəyi gözlənilir. Rumıniyanın təşkilata sədrliyi çərçivəsində QİƏT-ın səmərəliliyinin artırılması ilə bağlı 3 tədbir keçirilib. "Bu, kifayət qədər mürəkkəb məsələdir. Çünki təşkilatın heç də bütün üzvlərinin fikirləri vahid deyil", - deyə M.Məmmədquliyev hesab edir.

M.Məmmədquliyevin sözlərinə görə' hazırda QİƏT-ın yanında yaradılan Layhiələrin İnkişafı Fondu artıq Azərbaycanın iştirak etdiyi layihələri nəzərdən keçirir. Onlar nəqliyyat məsələləri, elmi tədqiqatlarla bağlıdır. Fond təşkilata üzv olan dövlətlərin könüllü ianələri hesabına formalaşdığından onun maliyyə imkanları məhduddur. Həm də bu gün bütün ölkələr heç də öz üzvlük haqlarını keçirmirlər. Azər¬baycan fonda $30 min könüllü üzvlük haqqı ödəyib.

Qarşıdakı görüşdə QİƏT-nın yeni baş katibi də seçiləcək. Hazırda baş katibin səlahiyyətlərini Gürcüstan nümayəndəsi yerinə yetirir.

Xəbər lenti

Xəbər lenti