Avropa Şurası Parlament Assambleyası Azərbaycanda keçiriləcək parlament seçkilərini diqqət mərkəzində saxlayır. Trend in Strasburqdakı müxbirinin xəbər verdiyi kimi, bu barədə aprelin 10-da AŞPA-nın yaz sessiyasının açılışına həsr olunmuş mətbuat konfransında təşkilatın prezidenti Rene Van der Linden bəyan edib.
"Azərbaycan AŞPA-nın üzvüdür. Bildiyiniz kimi, biz bu məsələyə dair məruzə hazırlamışıq. Azərbaycan parlamentinə seçkilər AŞPA-nın iyun sessiyasında müzakirə mövzusu olacaq", - deyə R V.Linden qeyd edib.