...

Müxalifətin Siyasi Əlaqələndirmə Mərkəzi aprelin 15-də geniş müşavirə keçirəcək

Siyasət Materials 11 Aprel 2006 17:55 (UTC +04:00)

Müxalifətin Siyasi Əlaqələndirmə Mərkəzi (MSƏM) aprelin 15-də geniş müşavirə keçirəcək. Bu barədə Trend ə adıçəkilən mərkəzdə təmsil olan Azərbaycan Milli İstiqlal Partiyasının mətbuat xidmətinin rəhbəri Əli Orucov bildirib.

Ə.Orucov bildirib ki, müşavirədə yalnız MSƏM-ə daxil olan 4 partiya (AMİP, Ümid Partiyası, Azərbaycan Milli Demokrat Partiyası vəTərəqqi Partiyası) və Milli Dirçəliş Hərəkatının Bakı və Sumqayıt şəhər təşkilatlarının, eləcə də bu şəhərlərdə fəaliyyət göstərən qaçqın rayon təşkilatlarının sədrləri iştirak edəcək.

AMİP rəsmisi onu da qeyd edib ki, müşavirədə müzakirə olunacaq məsələlər MSƏM-in təsisçiləri tərəfindən hələ dəqiqləşməyib. Müşavirə saat 15.00-da Milli Dirçəliş Hərəkatının akt zalında keçiriləcək.

Xəbər lenti

Xəbər lenti