Milli Məclisin regional məsələlər daimi komissiyası tərəfindən yaradılan işçi qrupu iki əsasnamə hazırlayıb. Bu barədə Trend ə sözügedən komissiyadan bildiriblər.
Qeyd edək ki, əsasnamələrin biri inzibati ərazi vahidlərinə şəhadətnamələrin verilməsi, digəri isə inzibati ərazi vahidləri arasında yaranan mübahisələrin həlli olunması ilə bağlı hazırlanan sənəddir. Hər iki sənəd bir müddət öncə komissiyanın işçi qrupunun mütəxəssisləri tərəfindən hazırlanıb.
Aprelin 12-də hər iki əsasnamə işçi qrupunun mütəxəssisləri tərəfindən ayrı-ayrılıqda yenidən müzakirə ediləcək. Bir neçə gündən sonra isə sənədlər regional məsələlər daimi komissiyasının sədrinə təqdim ediləcək.