...

Tahir Paşa Müsavat rəhbərliyinə aprelin 15-dək vaxt verib

Siyasət Materials 13 Aprel 2006 14:08 (UTC +04:00)

Müsavat Partiyası rəhbərliyinə aprelin 15-dək vaxt vermişəm ki, partiyadan uzaqlaşdırılmağımla bağlı qərarın protokolunu mənə versinlər. Bu barədə Trend ə Jurnalist Müharibə Veteranları Assosiasiyasının sədri Tahir Paşanın özü bildirib.

Qeyd edək ki, iki həftə bundan öncə Tahir Paşa ilə yanaşı Qurban Qurbanov seçkilərə müstəqil şəkildə qatıldıqlarına və Müsavat Divanının qərarına tabe olub öz namizədliklərini partiyanın vahid namizədlərinin xeyrinə geri götürmədiklərinə görə partiya sıralarından xaric ediliblər. T.Paşa 42 saylı Sumqayıt seçki dairəsindən, Q.Qurbanov isə 9 saylı Binəqədi seçki dairəsindən namizədliklərini veriblər.

T.Paşa bildirib ki, partiya sıralarından kənarlaşdırılması ilə bağlı Səbail rayon təşkilatının qərarı var: "Bu, onların dedikləridir. Ancaq mən inanıram ki, heç bir qərar yoxdur. Əgər varsa, versinlər mənə. Mən də bu sənədə əsasən məhkəməyə müraciət edim. Ancaq nədənsə onu mənə vermirlər".

T.Paşa bildirib ki, Müsavat rəhbərliyinə aprelin 15-dək varxt verib. Əgər qərarı ona verməsələr, onda məhkəməyə müraciət edəcək.

Xəbər lenti

Xəbər lenti