...

Dövlət Dillər Universitetinin tələbələrindən sonra Ramil Səfərovla baqlı növbəti etiraz aksiyasını Dərnəgüldə məcburi köçkünlər keçirəcək

Siyasət Materials 15 Aprel 2006 13:10 (UTC +04:00)

Aprelin 15-də Bakıda Dövlət Dillər Universitetinin qarşısından başlayaraq tələbə-gənclər etiraz aksiyası - yürüş keçiriblər. Trend in məlumatına görə, gənclər aksiya keçirməklə Budapeşt şəhər məhkəməsinin Azərbaycan zabiti Ramil Səfərova çıxarıdığı ədalətsiz hökmə etirazlarını bildiriblər. Əllərində Qarabağa, Ramil Səfərova aid plakatlar qaldıran və şüarlar səsləndirən gənclər universitetin qarşısından başlayaraq Rəşid Behbudov küçəsi ilə hərəkət ediblər. Lakin bu yürüşün qarşısı polislər tərfindən alınıb və bir neçə nəfər saxlanılıb.

Bu gün - aprelin 15-də digər bir etiraz aksiyası isə Qarabağ Azadlıq Təşkilatının (QAT) təşkilatçılığı ilə məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı Dərnəgül qəsəbəsində keçiriləcək. Aksiyanın keçirilməsi planlaşdırılıb.

Qeyd edək ki, Ramil Səfərova ömürlük həbs cəzası verilməsi Azərbaycanın hər bir yerində etiraz dalğası yaradıb və müxtəlif bölgələrdə aksiyalar, mitinqlər keçirilir. Bu gün Gəncə şəhərində də bir qrup sakin, həmçinin orada məskunlaşmış qaçqın və məcburi köçkünlər küçələrə çıxıblar. Lakin aksiya polislər tərəfindən dağıdılıb. Qaçqın düşərgələrində etiraz aksiyaların bu gün də davam etdiriləcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti