...

Azərbaycanın Gürcüstandakı yeni səfiri vəzifəsinin icrasına başlayıb

Siyasət Materials 17 Aprel 2006 14:12 (UTC +04:00)

Azərbaycanın Gürcüstana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Namiq Əliyev aprelin 17-də vəzifələrinin icrasına başlayıb. Bu barədə Trend ə səfirliyin mətbuat xidmətinin rəhbəri Elxan Poluxov məlumat verib.

Onun sözlərinə görə, protokola əsasən, etimadnamənin surəti əvvəlcə Gürcüstanın xarici işlər nazirinə təqdim olunacaq. Daha sonra səfir bu ölkənin prezidenti tərəfindən qəbul olunmalıdır. E.Poluxov həftə ərzində səfirin Gürcüstanın XİN başçısı Gela Bejuaşvili ilə görüşəcəyini istisna etməyib.

Xatırladaq ki, Namiq Əliyevin Gürcüstana səfir təyin olunması haqqında Azərbaycan prezidentinin sərəncamı 29 mart 2006-cı ildə imzalanıb.

Xəbər lenti

Xəbər lenti