Azərbaycan Liberal Partiyasının (ALP) bu il keçirilcək qurultayında yeni fəaliyyət proqramı qəbul ediləcək. Bu barədə Trend ə ALP-nin sədr əvəzi Əvəz Temirxan məlumat verib.
O, bildirib ki, qurultayda ALP-nin Nizamnaməsinə dəyişikliklər ediləcək. Həmçinin partiyaya sədr seçiləcək, təşkilati məsələlər müzakirəyə çıxarılacaq. Qurultayda partiyaya dair bəzi struktur dəyişiklikləri edilməsi də gözlənilir. Məsələn, sədrlik postunun bərpa edilməsi ilə əlaqədar İcraiyyə Komitəsinin ləğv olunması mümkündür.
Əvəz Temirxan bildirib ki, qurultayın vaxtı və gündəliyi partiyanın Siyasi Şurasının iclasında müəyyənləşəcək və müvafiq qərarlar veriləcək.