...

Zahid Oruc: "Cənubi Qafqaz PA-nın toplantısı aprel ayında da baş tutmaya bilər"

Siyasət Materials 19 Aprel 2006 17:43 (UTC +04:00)

Cənubi Qafqaz Parlamentlərarası Assambleyasının (PA) növbəti toplantısı apreldə də baş tutmaya bilər. Bu barədə Trend ə Cənubi Qafqaz PA-nın Azərbaycan üzrə təşəbbüs qrupunun üzvü, millət vəkili Zahid Oruc bildirib.

Z.Oruc qeyd edib ki, martın ilk on günlüyündə Cənubi Qafqaz PA-nın Rəyasət Heyətinin Gürcüstanda geçirdiyi iclasında qərara alınmışdı ki, Assambleyanın toplantısı aprel ayında Almaniyanın paytaxtı Berlində keçirilsin: "Ancaq deyəsən maddi vəziyyətlə bağlı tədbir aprel ayında da baş tutmayacaq. Tədbirin baş tutmamasına siyasi don geydirmək olmaz". Millət vəkili bildirib ki, belə toplantılar Böyük Britaniyanın "Link" təşkilatının maliyyə dəstəyi ilə həyata keçirilir. Bu məsələdə təşkilata Almaniyanın "Konrad Adenaur" Fondu da yardımçı olur.

Z.Oruc onu da vurğulayıb ki, tədbirin nə vaxt keçiriləcəyi ilə bağlı Azərbaycan tərəfinə heç bir məlumat verilməyib: "Ola bilsin ki, tədbir mayda keçirilsin". Qeyd edək ki, keçiriləcək növbəti toplantıda Cənubi Qafqaz PA-nın Azərbaycan üzrə təşəbbüs qrupunun rəhbəri, millət vəkili Səyavuş Novruzovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti