Azərbaycanda tezliklə beynəlxalq arenaya çıxacaq istedadlı gimnastların yeni nəsli böyüyür. Milli Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov milli birinciliyin yekunlarını eksklüziv olaraq Trend ə belə şərh edib.
Onun sözlərinə görə, birinciliyin yekunları respublikada Dinarə Gimatova, Anna Qurbanova və Aliyə Qarayevaya bərabər qızların inkişaf etdiyini göstərdi.
Vitse-prezident ölkə çempionatında təkcə azarkeşlərin deyil, həm də yarış iştirakçılarının xeyrinə olan rəqabətin artdığını qeyd edib.