Bakı. Trend:
Bu ilin I yarısında daxili istehlakın artımı məcmu tələbə əhəmiyyətli təsir göstərib.
Mərkəzi Bankdan Trend-ə verilən məlumata görə, 2025-ci ilin I rübündə nominal ÜDM-nin tərkibində ev təsərrüfatlarının son istehlak xərcləri 58.2% (ötən ilin eyni dövrünə nisbətən 2.7 faiz bəndi artım), dövlət idarələrinin son istehlak xərcləri isə 15% (ötən ilin eyni dövrünə nisbətən 1.2 faiz bəndi artım) təşkil edib.
Hesabat dövründə ev təsərrüfatlarının son istehlak xərcləri nominal ifadədə 8.26%, dövlət idarələrinin son istehlak xərcləri isə 12.51% artıb.
2025-ci ilin I yarısında əhaliyə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri ötən ilin eyni dövrünə nəzərən 5.1% artaraq 37.7 milyard manat olub.
Qeyri-dövlət mülkiyyəti üzrəümumi dəyər ötən ilin eyni dövrünə nisbətən 4.9% artaraq 36.2 milyard manat təşkil edib.
İstehlak bazarında formalaşan ümumi dəyərin 78.5%-i pərakəndə ticarət dövriyyəsi, 18.2%-i ödənişli xidmətlər, 3.3%-i isə ictimai iaşə dövriyyəsi hesabına olub.