...

Orta ixtisas təhsili müəssisələrinə qeydiyyat başlayır

Cəmiyyət Materials 13 Avqust 2025 17:22 (UTC +04:00)
Orta ixtisas təhsili müəssisələrinə qeydiyyat başlayır
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

14 avqust saat 11:00-da ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar üçün qeydiyyat prosesinə start veriləcək.

Trend xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

"Qəbul olunan şəxslər https://portal.edu.az/ platformasında “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.

Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür", - deyə əlavə edilib.

Qeyd edək ki, elektron sistem üzrə qeydiyyat 22 avqust saat 18:00-da başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti