...

Həyat yoldaşını qəsdən öldürməkdə təqsirləndirilən şəxsin məhkəmə prosesi başlayıb

Cəmiyyət Materials 13 Avqust 2025 12:03 (UTC +04:00)
Həyat yoldaşını qəsdən öldürməkdə təqsirləndirilən şəxsin məhkəmə prosesi başlayıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı.trend:

Həyat yoldaşını qəsdən öldürməkdə təqsirləndirilən Ziyəddin Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Trend xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə tərkibi işin baxışa verilməsi ilə bağlı qərar qəbul edib.

Məhkəmənin ilk baxış iclası 27 avqusta təyin olunub.

Qeyd edək ki, ona Cinayət Məcəlləsinin 120.2.4-cü( qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.9-cu (qəsdən adam öldürmə, təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə ittiham irəli sürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti