Bakı.Trend:
Ağdərə rayonu, Suqovuşan kəndində dağlıq ərazidə baş vermiş yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən tam söndürülüb.
Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Qubadlı rayonunun Qayalı kəndində açıq sahədə baş vermiş yanğın ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.