...

Bakıda ərini öldürməyə cəhd edən qadın 11 il müddətinə həbs edilib

Hadisə Materials 13 Avqust 2025 09:22 (UTC +04:00)
Bakıda ərini öldürməyə cəhd edən qadın 11 il müddətinə həbs edilib
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Bakıda ərini öldürməyə cəhd edən qadının işi üzrə məhkəmə işi yekunlaşıb.

Trend-in əldə etdiyi məlumata görə, hadisə ötən il Avqustun 26-da baş verib.

Belə ki, hadisə günü saat 04 radələrində Nizami rayonu ərazisində 1998-ci təvəllüdlü Aynur Nağıyeva 1979-cu il təvəllüdlü Sakit Nağıyevi öldürməyə cəhd edib.

26 avqust 2024-cü il tarixdə saat 1 radələrində ailəsi ilə birlikdə kirayə yaşadığı ünvan 3 ünvanında əri Zərərçəkmiş şəxs sərxoş halda evə gec gəlməsi səbəbindən ailə-məişət zəminində aralarında mübahisə baş verib.Mübahisə zamanı sonuncu əli ilə onun çənə və sinə nahiyyələrindən vurub sağlamlığa zərər vurmayan, dərəcələri təyin edilməyən xəsarətlər yetirib.

Bundan sonra təqsirləndirilən şəxs mənzilin yataq otağında zərərçəkmiş şəxsin yatdığına əmin olub, qisas almaq niyyəti ilə mənzilin mətbəxindən zavod üsulu ilə hazırlanmış cib bıçağını götürüb yataq otağına keçib. O, otaqda çarpayı üzərində sərxoş vəziyyətdə yatan ərinə ağır xəsarətlər yetirib.

Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsinin 29, 120.2.9-cu maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməklə, 11 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti