...

Milli Məclis spikeri İranın müdafiə naziri ilə görüşüb

Siyasət Materials 20 Aprel 2006 20:54 (UTC +04:00)

Trend agentliyi xəbər verir ki, Milli Məclisin sədri Oqtay Əsədov aprelin 20-də İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri, general-mayor Mustafa Məhəmməd Nəccarla görüşşüb.

Görüş zamanı O.Əsədov Azərbaycan-İran münasibətlərinin qədim tarixindən danışaraq, əlaqələrimizin inkişafında dövlətlərimizin başçılarının rolunu xüsusi vurğulayıb. Spiker hökumətlərarası komissiyanın fəaliyyətinə toxunaraq bildirib ki, İranla Azərbaycan arasında ticarət əlaqələrinin inkişafı üçün bütün imkanlar var.

Qonaq İranda baş vermiş zəlzələ ilə əlaqədar göstərilən humanitar yardıma görə dövlət başçısına minnətdarlığını bildirərək təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində görülmüş işlər barədə məlumat verib.

Eyni zamanda nazir Tehranın dost və qonşu Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəklədiyini və bundan sonra da dəstəkləyəcəyini diqqətə çatdırıb.

Xəbər lenti

Xəbər lenti